Məzmuna keçin

E-Customs

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) daşıyıcı şirkətlər üçün nəzərdə tutulmuş Carriers V4 API-si.

Warning

Bu sorğulardan istifadə edə bilmək üçün, düzgün "environment variable"-ları quraşdırmalısınız. Daha ətraflı burdan oxuya bilərsiniz.

Rəsmi Dokumentasiya (Carriers V4)

Azərbaycanca

Sorğular listi

Sorğu metodu Məqsəd E-Customs API
ping Servisin işlək olmasının yoxlanılması GET /api/v4/carriers/Ping
declare Bağlamaların DGK-da qeydiyyata alınması POST /api/v4/carriers
update_declared Bağlamaların məlumatlarının dəyişdirilməsi PUT /api/v4/carriers
declare_commercial Kommersiya məqsədli bağlamaların qeydiyyatı POST /api/v4/carriers/commercial
declare_azerpost Azərpoçt bağlamalarının qeydiyyatı POST /api/v4/carriers/azerpost
remove_declared Bağlamanın Track ID-yə görə silinməsi DELETE /api/v4/carriers/{tracking_id}
get_company_declared Şirkətin əlavə etdiyi bağlamaların alınması POST /api/v4/carriers/carriersposts/{offset}/{limit}
get_airwaybill_packages Aviaqaimə üzrə bağlamaların alınması POST /api/v4/carriers/airwaybillpackages
get_customs_operations Aviaqaimə üzrə gömrük əməliyyatlarının alınması GET /api/v4/carriers/airwaybilloperations/{airwaybill}
get_user_declared Vətəndaşların yazdığı bəyannamələrin alınması POST /api/v4/carriers/declarations/{offset}/{limit}
get_user_deleted Vətəndaşların sildiyi bəyannamələrin alınması POST /api/v4/carriers/deleteddeclarations/{offset}/{limit}
approve_search Alınan bəyannamələrin qəbulunun təsdiqlənməsi POST /api/v4/carriers/approvesearch
add_to_box Malların qutulara yığılmasının təsdiqlənməsi POST /api/v4/carriers/addtoboxes
cancel_add_to_box AddToBox əməliyyatının ləğv edilməsi POST /api/v4/carriers/canceladdtoboxes
depesh Azərbaycana göndərilən bağlamaların bildirilməsi POST /api/v4/carriers/depesh
cancel_depesh Depeş əməliyyatının ləğv edilməsi POST /api/v4/carriers/canceldepesh
goods_group_list Mal qruplarının siyahısı GET /api/v4/carriers/goodsgroupslist
declare_as_user Bəyannamənin vətəndaş adından yazılması (yalnız test) POST /api/v4/addDeclaration
undeclare_as_user Bəyannamənin vətəndaş adından silinməsi (yalnız test) POST /api/v4/deleteDeclaration/{declaration_no}/{doc_no}

Tipik axın (flow)

flowchart TD
    A[declare] --> B[get_user_declared]
    B --> C[approve_search]
    C --> D[add_to_box]
    D --> E[depesh]
    E --> F[get_customs_operations]
  1. declare (və ya declare_commercial / declare_azerpost) — bağlamanı DGK-ya bildirmək.
  2. get_user_declared — vətəndaşın həmin bağlamaya yazdığı bəyannaməni almaq.
  3. approve_search — alınan bəyannamələrin qəbul edildiyini təsdiqləmək (əks halda növbəti sorğularda təkrar qayıdacaq).
  4. add_to_box — malı qutuya yığmaq (bundan sonra müştəri bəyannaməni silə bilmir).
  5. depesh — bağlamanın Azərbaycana yola düşdüyünü bildirmək.
  6. get_customs_operations — aviaqaimə üzrə gömrükdə aparılan əməliyyatları izləmək.

Qeydlər

  • DGK API-si HTTP status kodu 200 qaytarsa belə, əməliyyatın nəticəsini cavabın code field-ində bildirir. Ona görə APIResponse.ok həmin field-ə (code == 200) əsasən təyin olunur.
  • declare*update_declared sorğularında bir requestdə maksimum 200 bağlama, hər bağlamada isə maksimum 40 mal göndərilə bilər.
  • declare_as_userundeclare_as_user sorğuları yalnız test mühitində işləyir.